Çində 5,9 maqnitudalı zəlzələ olub

Tarix: 25.02.2024 09:55

Çinin şimal-qərbində 5,9 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 12.15-də baş verən zəlzələnin ocağı Aksu şəhərindən 158 km qərbdə, Qırğız Respublikası ilə sərhəddə 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbər Lenti