Şənbə, 21 Mart, 2026
Tarix: 20 Mar 2026 22:14
Martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert olub.
Bu barədə APA-nın Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Məlumata görə, Zəfər meydanında keçirilən tədbirə sakinlərlə yanaşı, turistlər də böyük maraq göstərib.
Konsert proqramında tanınmış müğənnilər çıxış edib. Bayram abı-havası ilə seçilən tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb, şəhərdə xüsusi canlanma müşahidə olunub.
Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Sonda təşkil olunan möhtəşəm atəşfəşanlıq tədbirə xüsusi rəng qatıb. Gecə səmasını işıqlandıran atəşfəşanlıq şəhərdə unudulmaz və gözəl mənzərə yaradıb.
Qeyd edək ki, bayram münasibətilə təşkil olunan bu cür tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə töhfə verir.
Elgün Gəncimsoy Xankəndi Ramazan Novruz konsert















