Cümə axşamı, 14 May, 2026
Tarix: 27 Nov 2023 11:20
Diasporlarla İş Üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycanda Qızılbaş irsi: Tarixin izi ilə" adlı beynəlxalq konfrans keçirilir.
APA xəbər verir ki, iki gün davam edəcək konfransın bu gün açılışı baş tutub.
Çıxış edən Diasporlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev komitənin fəaliyyəti haqqında, eyni zamanda, Qızılbaş irsinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə ümumi məlumat verib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov da, öz növbəsində, ölkəmizdə Qızılbaş irsinə qayğı məsələsinə toxunub. Təşkilatın sədri Babək Hüseynli təşkilatın faəliyyət istiqaməti və zərurəti məsələsi ətrafında geniş çıxış edib.
Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, Qızılbaş əsillilərə öz mənşəyinə qovuşmaq imkanı vermək, onların birgə fəaliyyətini koordinasiya etmək, onlara Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etmək məqsədilə 2022-ci ildə Kanadada Qızılbaş Qlobal İrsi Təşkilatı (QQİT) təsis olunub.
QQİT qlobal miqyasda bərqərar olan qızılbaş icmasının Avrasiya, Yaxın Şərq, Cənubi Asiya və Cənub-Şərqi Avropa regionlarından, bir sözlə, yaşadıqları coğrafiyadan asılı olmayaraq öz kökləri ilə birləşməsi üçün yaradılmış platformadır.
20-dən artıq ölkəni təmsil edən çoxsaylı etnik qruplar Qızılbaş icması sırasında birləşərək fəaliyyət göstərir.