, 22 Mart, 2026
Tarix: 22 Mar 2026 11:45
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən APA-ya verilən məlumat görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
FHN yanğın