Sumqayıtda tonqalda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Tarix: 23 Mar 2026 14:58

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 1 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.

Günay Elşən Sumqayıt tonqal partlayış

Xəbər Lenti