Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 27 Feb 2024 19:19
Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.
APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk "Telegram"da məlumat verib.
Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.
Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.