Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 28 Feb 2024 05:01
Malidə avtobus körpüdən aşıb.
APA xəbər verir ki, bu barədə Afrika ölkəsinin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 31 nəfər ölüb, 10-u yaralanıb,
Bildirilib ki, avtobus Baqo çayı üzərindəki körpüdən çaya aşıb.
Ehtimal edilir ki, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.
Avtobus Burkina-Fasoya gedirmiş.