Tramp yaxın günlərdə atəşkəs elan edə bilər

Tarix: 25 Mar 2026 22:59

ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə atəşkəs elan edəcəyi ehtimal olunur.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Tramp həftəsonuna qədər və ya ən gec gələn həftənin ortalarına qədər atəşkəs elan edə bilər.

Qeyd olunur ki, ABŞ lideri bir aylıq atəşkəsə nail olmağa çalışır və bunu hətta birtərəfli qaydada elan edə bilər.

Bildirilib ki, bu fonda İsrailin Baş naziri Benyamin Netanyahu yaxın 48 saat ərzində İranın hərbi-sənaye obyektlərinə maksimum zərbə endirilməsi barədə göstəriş verib.

Məlumata görə, bu qərar ABŞ-ın İrana dair 15 maddəlik təklif paketinin İsrail tərəfinə təqdim olunmasından sonra qəbul edilib.

Tramp İran aBŞ

Xəbər Lenti