Azərbaycanda 856 uşaq övladlığa verilib

Tarix: 28 Mar 2026 11:34

Ötən dövrdə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 856 uşaq övladlığa verilib. Onlardan 432 nəfəri oğlan, 424 nəfəri qızdır.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verililib.

Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 471-i oğlan, 393-si qız olmaqla 864 uşaq öz ailələrinə qaytarılıb.

Həmçinin 889 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Gülcahan İmanqızı ƏƏSMN uşaq övladlıq

Xəbər Lenti