, 29 Mart, 2026
Tarix: 28 Mar 2026 23:18
Mart ayında İsrailin zərbələri nəticəsində Livanda vəzifəsini yerinə yetirərkən həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
"Bu gün Livanın cənubunda daha bir faciə baş verib. Səhiyyə müəssisələrinə edilən beş hücumda doqquz səhiyyə işçisi həlak olub və bu ay həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb", - o bildirib.
Livan İsrail ÜST səhiyyə