Rafael Qrossi martın əvvəlində Rusiyaya səfər etməyi planlaşdırır

Tarix: 29 Feb 2024 18:15

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi martın əvvəlində Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə TASS-a təşkilatın mətbuat xidmətindən bildirilib.

"Biz təsdiq edə bilərik ki, baş direktor Qrossi martın əvvəlində Rusiyaya yüksək səviyyəli səfər planlaşdırır", - AEBA-dan bildiriblər.

Xəbər Lenti