İsrail İranın silah istehsal imkanlarını bir neçə gün ərzində məhv edəcəyini açıqlayıb

Tarix: 29 Mar 2026 02:28

İsrail ordusu İran hərbi sənayesinin bütün əsas komponentlərinə hücumlarını yaxın günlərdə başa çatdıracaq.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin şənbə günü axşam keçirilən mətbuat konfransında açıqlama verib.

"Bu o deməkdir ki, biz İranın hərbi istehsal imkanlarının əksəriyyətini məhv etmiş olacağıq və onları yenidən bərpa etmək çox vaxt alacaq", - o deyib.

İsrail İran silah istehsal

Xəbər Lenti