Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 29 Feb 2024 18:54
“Erməni xalqı 2021-ci ildə öz seçimi ilə Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil edilməsi üçün böyük geosiyasi planı iflasa uğradıb”.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
O, Rusiya və KTMT-nın Ermənistana kömək etmədiyini, öz öhdəliklərindən imtina etdiyini deyib.