KİV: Rusiya müharibədə İrana ABŞ-ın açıqladığından daha çox yardım edir

Tarix: 29 Mar 2026 07:11

Avropalı müttəfiqlər bildirirlər ki, Rusiya müharibədə İrana ABŞ-ın açıqladığından daha çox yardım edir.

APA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Birləşmiş Krallıq hesab edir ki, İran Rusiyadan yalnız dronlar deyil, həm də xüsusi sahələrdə maddi və kəşfiyyat dəstəyi, o cümlədən dron texnologiyası alır.

Rusiya peykləri ABŞ və müttəfiq ölkələrin hərbi obyektlərinin şəkillərini çəkir.

ABŞ və Avropa rəsmiləri bunu təsdiqləsələr də ABŞ bildirir ki, bu, onların əməliyyatlarına mane olmur və amerikalıların müdafiəsi prioritet olaraq qalır.

ABŞ Avropa Rusiya İran

Xəbər Lenti