Pakistan və İran XİN başçıları Yaxın Şərqdə sülh təşəbbüslərini müzakirə edib

Tarix: 29 Mar 2026 10:48

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar və İran xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ishaq Dar Abbas Araqçi ilə telefon danışığında vurğulayıb ki, davamlı sülhə nail olmaq üçün yeganə real yol dialoq və diplomatiyadır.

Tərəflər telefon danışığı zamanı Yaxın Şərq regionunda dəyişkən vəziyyət və davam edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

İshaq Dar gərginliyin azaldılmasının vacibliyini qeyd edərək bildirib ki, münaqişədə iştirak edən bütün tərəflər tərəfindən hücumların dayandırılması həyati əhəmiyyət daşıyır.

O əlavə edib ki, Pakistan regionda sülh və sabitliyin bərpasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləmək öhdəliyinə sadiq qalacaq.

Pakistan İran İshaq Dar Abbas Araqçi

Xəbər Lenti