Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 01 Mar 2024 00:46
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrin maddi-texniki təchizat qüvvələrinin komandirini dəyişib.
APA xəbər verir ki, müvafiq sərəncam prezidentin rəsmi saytında dərc olunub.
Belə ki, Zelenski Oleq Qulyakı Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminat qüvvələrinin komandanı vəzifəsindən azad edib və yerinə Vladimir Karpenkonu təyin edib.
Ukrayna prezidenti fevralın 8-də Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Sergey Şaptalanı isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifələrindən uzaqlaşdırıb. Zalujnının yerinə keçmiş Quru Qoşunlarının komandanı Aleksandr Sırski baş komandan olub.