Rasim Balayevin cənazəsi bu gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək - YENİLƏNİB

Tarix: 29 Mar 2026 17:04

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi bu gecə yerli vaxtla saat 22.25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, təyyarənin gecə - 30 mart saat 02.15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.

***

saat 16.09

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.

Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir.

***

saat 14.51

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.

Dəryanur Cəfərova Rasim Balayev Xalq artisti İstanbul cənazə

Xəbər Lenti