, 29 Mart, 2026
Tarix: 29 Mar 2026 16:31
Çeçenistanda daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub.
TASS xəbər verir ki, martın 27-dən etibarən 18 yaşayış məntəqəsində 1817 ev su altında qalıb, 17 körpü və 5 qaz kəməri zədələnib, həmçinin bənd yuyulub.
Əlverişsiz hava şəraiti nəticəsində 28 yol dağılıb, 17 körpü, 5 qaz kəməri və 6 transformator zədələnib, 48 ev qismən dağılıb və bir bənd sıradan çıxıb.
Su basmış Kunduxovo qəsəbəsindən 50-dən çox sakin təxliyə edilib.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 2 mindən çox insan və 668 texnika cəlb olunub.
https://t.me/apa_az/116734
Çeçenistan daşqınlar fövqəladə vəziyyət