İran İsraildə sənaye parkı və hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb

Tarix: 29 Mar 2026 22:43

İran İsrail ərazisində bir sıra obyektlərə raket və pilotsuz aparatlarla zərbələr endirdiyini bildirib.

APA xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Açıqlamaya görə, zərbələr Beer-Şeva şəhərində yerləşən sənaye parkına, Negev səhrasındakı hərbi obyektlərə, həmçinin Təl-Əvivdəki təhlükəsizlik və idarəetmə mərkəzlərinə endirilib.

SEPAH qeyd edib ki, hücumlar ballistik raketlər vasitəsilə həyata keçirilib və bu, İsrail və regiondakı ABŞ obyektlərinə qarşı “86-cı zərbə dalğası” çərçivəsində baş verib.

Qurum həmçinin İranın hərbi-kosmik qüvvələrinin ABŞ-la əlaqəli sənaye obyektlərini də hədəf aldığını bildirib.

İran İsrail SEPAH Beer-Şeva Negev raket hücumu

Xəbər Lenti