Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 00:31
İranda yerləşən ağır su istehsalı zavodu ciddi zədələndiyi üçün fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məlumat yayıb.
Məlumata görə, Xondab şəhərində yerləşən zavod peyk görüntülərinin təhlili əsasında ciddi zərər görmüş hesab olunur və artıq işlək vəziyyətdə deyil. Obyekt martın 27-də hücuma məruz qalıb.
Agentlik həmçinin qeyd edib ki, əvvəl iddia olunduğunun əksinə olaraq, sözügedən binada nüvə materialları aşkar edilməyib.
AEBA İran nüvə proqramı zavod Xondab