Taqanroqda PUA hücumu nəticəsində bir nəfər ölüb

Tarix: 30 Mar 2026 00:20

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu ölümə səbəb olub. Bu barədə "TASS" agentliyi vilayət qubernatoru Yuri Slyusara istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Qubernator bildirib ki, PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər fəaliyyət göstərir, yanğınlar və dağıntılar qeydə alınıb, sakinlər təxliyə edilib.

Onun sözlərinə görə, Taqanroqda hava hücumunun qarşısının alınması istiqamətində əməliyyatlar davam edir.

Taqanroq Rusiya PUA hücum ölüm Rostov

Xəbər Lenti