İraqda ABŞ-a məxsus diplomatik obyektlər hücuma məruz qalıb

Tarix: 30 Mar 2026 05:33

İraqda ABŞ-a məxsus diplomatik obyektlər hücuma məruz qalıb.

Bu barədə "Shafaq News" portalı məlumat yayıb.

Məlumata görə, Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika mərkəzi və Ərbildəki ABŞ baş konsulluğu hədəf alınıb.

Qeyd olunub ki, konsulluğa hücum edən pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Həmçinin son saatlarda Bağdad hava limanı ətrafında bir neçə dronun da ələ keçirildiyi vurğulanıb.

Hücumların nəticələri və zərər barədə məlumat verilməyib.

ABŞ İraq Bağdad Ərbil hücum dron

Xəbər Lenti