Tuvada zəlzələ baş verib

Tarix: 30 Mar 2026 05:12

Rusiyanın Tuva Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

TASS-ın məlumatına görə, bu barədə region üzrə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar martın 30-da gecə saatlarında Kızıl rayonunda, Çerbi kəndindən 46 km şimalda qeydə alınıb.

Zəlzələ əhali tərəfindən hiss olunmayıb və fövqəladə xidmətlərə müraciət daxil olmayıb. Həyati əhəmiyyətli obyektlər normal rejimdə fəaliyyət göstərir.

Tuva zəlzələ Rusiya Kızıl

Xəbər Lenti