Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 06:48
Çinin milli aviadaşıyıcısı Air China Pekindən Pxenyana müntəzəm uçuşları yenidən başlayıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, martın 30-da Pekinin Şoudou beynəlxalq hava limanından Pxenyana ilk sərnişin reysi həyata keçirilib.
Qeyd olunur ki, bu istiqamət üzrə uçuşlar 2020-ci ildə pandemiya səbəbindən tam dayandırılmışdı və son altı il ərzində həyata keçirilmirdi.
Air China Çin KXDR Pxenyan aviareys Pekin