Son sutkada İranın İsrailə hücumlarında yaralanan 232 nəfər xəstəxanaya yerləşdirilib

Tarix: 30 Mar 2026 11:07

İsraildə son sutkada İranın hücumları nəticəsində xəsarət alan 232 nəfər xəstəxanalara yerləşdirilib.

APA xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 215 nəfərin vəziyyəti qənaətbəxşdir.

Beləliklə, müharibə başlayandan bəri İsrailə hücumlarda yaralanaraq xəstəxanalara köçürülənlərin sayı 6000 nəfəri ötüb.

“Bu rəqəmlərə həm hərbçilər, həm də mülki şəxslər daxildir”,- nazirlik qeyd edib.

Toğrul Quluzadə İsrail İran xəstəxana yaralılar 232

Xəbər Lenti