Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 13:20
Rusiyada 1 aprel tarixindən etibarən iPhone sahibləri artıq Apple ID balanslarını mobil hesablarından artıra bilməyəcəklər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, "böyük dördlük-MTS, Beeline, Megafon və T2" mobil operatorları Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bu seçimi deaktiv etmək üçün təlimat alıblar.
Səbəb kimi isə VPN xidmətləri üçün ödənişlərin qarşısını almaq zərurəti göstərilib.
Fərid Əkbərov Rusiya iPhone Apple ID