Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 13:14
Ukraynanı dağıdıcı müharibəyə sürükləyən bir şəxs region ölkələrini aldada bilməz.
APA-nın Tehrandakı əməkdaşının xəbərinə əsasən, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenskinin Yaxın Şərqdə gedən müharibəyə müdaxilə etmək səylərinə münasibət bildirərkən deyib.
“Düşünürəm ki, region ölkələri ayıqdır. Son dörd ildə öz ölkəsini dağıdıcı müharibənin içinə sürükləyən bir şəxs onları aldada bilməz. Ümumiyyətlə, bu cür davranışlar – məsələn, Ukrayna müharibəsini bizim regionda baş verən hadisələrlə əlaqələndirmək dəhşətli bir hesablama səhvidir. Düşünürəm ki, region ölkələri belə bir tələyə düşməyəcəklər”,- Bəqayi qeyd edib.
İran Bəqayi Zelenski ABŞ