İran XİN: Buşehr AES fəaliyyətdədir, Qrossinin laqeydliyi təəssüf doğurur

Tarix: 30 Mar 2026 12:58

Beynəlxalq Atom Enerjisi Agentliyinin və baş direktoru Qrossinin laqeydliyi təəssüf doğurur.

APA-nın Tehrandakı əməkdaşının xəbərinə əsasən, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında deyib.

Bəqayi Qrossini hücumları qınamaq əvəzinə, problemləri daha da mürəkkəbləşdirən ifadələr işlətməkdə günahlandırıb.

İran XİN sözçüsü Buşehr Atom Elektrik Stansiyasına edilən hücumlara da toxunub.

O qeyd edib ki, ətrafında təhlükəli hücumlar baş verməsinə baxmayaraq, Buşehr AES-i fəaliyyətdədir. Bəqayi sözügedən obyektə hücumların ABŞ və İsrailin heç bir qayda-qanuna tabe olmadığını göstərdiyini vurğulayıb.

İran Bəqayi Buşehr Qrossi

Xəbər Lenti