​​​​​​​Rusiya Serbiya ilə qaz müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır

Tarix: 30 Mar 2026 14:06

Rusiya Serbiya ilə qaz müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Serbiyaya Rusiya qazının tədarükü perspektivləri ilə bağlı suala cavab verərkən bildirib.

O, Rusiyanın xüsusilə Serbiya kimi dost ölkələr qarşısında öhdəliklərinə sadiq olduğunu söyləyib:

"Rusiya Avropa da daxil olmaqla, istənilən qlobal bazar üçün etibarlı enerji resursları təchizatçısı olub və olmağa davam etməyə hazırdır. Biz xüsusilə Serbiya kimi dost və qardaş ölkələrə qarşı öhdəliklərimizə sadiqik. Bu məsələ ilə bağlı təmaslar həqiqətən də davam edir".

Kremlin sözçüsü Serbiya prezidenti Aleksandr Vuçiçin qaz müqaviləsinin üç ay uzadılması ilə bağlı Vladimir Putinlə razılaşdığı barədə açıqlamasına isə "İndi şərh verməyəcəyəm, zəhmət olmasa, məlumatımızı gözləyin. Yalnız təsdiqləyə bilərəm ki, Putinin bu gün iki beynəlxalq telefon danışıqlarından biri həqiqətən də Serbiya prezidenti Aleksandr Vuçiçlə olub", deyə cavab verib.

Fərid Əkbərov ​​​​​​​Rusiya Serbiya qaz müqaviləsi

Xəbər Lenti