İspaniya İranı hədəf alan ABŞ hərbi təyyarələri üçün hava məkanını bağlayıb

Tarix: 30 Mar 2026 15:57

İspaniya İranı hədəf alan hücumlarda iştirak edən ABŞ hərbi təyyarələri üçün hava məkanını bağlayıb.

APA xəbər verir ki, bu barədə İspaniya müdafiə naziri Marqarita Robles bildirib.

İspaniya bundan əvvəl ABŞ-la birgə istifadə edilən bazalarından da İrana hücum üçün icazə verməyib.

Nazir qeyd edib ki, Madrid İranla müharibə ilə bağlı hərbi bazalarından və hava məkanından istifadəyə icazə vermir.

İqtisadiyyat naziri Karlos Kuerpo isə “Cadena Ser” radiosuna müsahibəsində bildirib ki, bu qərar İspaniya hökumətinin beynəlxalq hüquqa zidd və birtərəfli şəkildə başlanmış müharibədə iştirak etməməklə bağlı mövqeyindən qaynaqlanır.

Marqarita Robles İspaniya müdafiə naziri İspaniya İran ABŞ hərbi təyyarələr hava məkanı

Xəbər Lenti