Rubio Kobaxidze ilə regional təhlükəsizliyi müzakirə edib

Tarix: 30 Mar 2026 21:03

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Kobaxidze "X" hesabında yazıb.

O bildirib ki, danışıq zamanı Gürcüstan-ABŞ tərəfdaşlığının yenidən başladılmasının və Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

"Biz Gürcüstan-ABŞ əlaqələrini gücləndirməyə, regional sabitliyi və bağlantıları inkişaf etdirməyə sadiqik", - Kobaxidze yazıb.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata əsasən, Rubio və Kobaxidze Qafqaz və Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələri müzakirə ediblər.

Cəmilə Babayeva Kobaxidze Rubio ABŞ Gürcüstan

Xəbər Lenti