Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 30 Mar 2026 22:15
“ABŞ və İran arasında danışıqlar hələ də davam edir, danışıqlar yaxşı gedir”.
APA xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Qalan rejim nümayəndələrinin dağıntılara son qoymaq və hələ də fürsətləri olduğu müddət ərzində danışıqlar masasına gəlmək üçün getdikcə daha çox can atması təəccüblü deyil. Danışıqlar davam edir və əlbəttə ki, açıq şəkildə deyilənlər bizə şəxsi olaraq deyilənlərdən çox fərqlidir", - Livit deyib.
ABŞ İran danışıqlar Livitt Ağ Ev