ABŞ-da yeniyetmə atəş açaraq müəllimi yaralayıb

Tarix: 31 Mar 2026 02:04

ABŞ-ən Texas ştatının Bulverde şəhərindəki bir məktəbdə yeniyetmə atəş açaraq müəllimi yaralayıb. Özü isə hadisə yerində ölüb.

APA xəbər verir ki, bu barədə Komal şəhər şerifinin ofisi məlumat yayıb.

"Müəllim şagird tərəfindən vurulub və San Antonio xəstəxanasına aparılıb. İnsident zamanı hadisəni törədən 15 yaşlı oğlan hadisə yerində ölüb", - məlumatda deyilir.

Hadisə ilə bağlı geniş məlumat verilməyib.

ABŞ Texas yeniyetmə məktəb müəllim

Xəbər Lenti