Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 05:37
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan bu yana Hörmüz boğazından gəmilərin gündəlik hərəkəti 95%-dən çox azalıb.
APA xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında öz əksini tapır.
"Hörmüz boğazından gəmi daşımaları iflic olub: tranzit keçidlər 95%-dən çox azalıb ki, bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub", - hesabatda deyilir.
Məlumata görə, martın əvvəlində boğazdan gündəlik tranzit olaraq 10-dan çox gəmi keçməyib.
Hörmüz ABŞ İran İsrail gəmi