İsrail ordusu “Hizbullah”la döyüşlərdə 4 hərbçisini itirib

Tarix: 31 Mar 2026 08:45

Livanın cənubunda “Hizbullah”a qarşı döyüşlərdə İsrail ordusunun dörd hərbçisi həlak olub, 2-si isə yaralanıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dünən yerli vaxtla saat 18:30 radələrində Livanın cənubunda İsrail ordusunun hərbi birləşmələri ilə “Hizbullah” silahlılarından ibarət bir dəstə arasında silahlı qarşıdurma yaşanıb. Yaxın məsafədən gedən bu döyüşdə 4 hərbçi həlak olun, ikisi isə yaralanıb.

“Hizbullah” silahlılarının da çoxlu itki verdiyi bildirilir.

İsrail Livan hərbçi

Xəbər Lenti