Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 10:23
Dağıstanda 811 yaşayış evi və mindən çox həyətyanı sahə su altında qalıb.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Dağıstan Respublikasında 4 inzibati rayonda, 6 yaşayış məntəqəsində 811 yaşayış evi, 1043 həyətyanı və 55 yol sahəsi hələ də su altında qalır", – nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, zərərin qiymətləndirilməsi üçün komissiyalar işə başlayıb.
İlqar Xudiyev Rusiya Dağıstan daşqın