Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 11:12
31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir.
APA-nın şimal bölgəsi üzrə müxbirinin məlumatına görə, səhər saatlarından etibarən rəsmi dövlət nümayəndələri, elm adamları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və şəhər sakinləri memorial kompleksə gələrək faciə qurbanlarının xatirəsini yad edirlər.
Ziyarətçilər abidə önünə gül dəstələri düzür, 1918-ci ildə qətlə yetirilən günahsız insanların ruhuna ehtiramlarını bildirirlər.
Qeyd edək ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkə ərazisində silsilə tədbirlərlə qeyd olunur və 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən törədilən soyqırımı qurbanlarının xatirəsi anılır.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Quba Soyqırımı Memorial Kompleksi ziyarət





