Rubio: ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək

Tarix: 31 Mar 2026 11:08

Vaşinqton İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir.

Bunu ABŞ dövlət katibi Marko Rubio "Al Jazeera" telekanalına müsahibəsində deyib.

“Yalnız ABŞ üçün deyil, ümumiyyətlə dünya üçün Hörmüz boğazı üzərində suverenlik iddiaları qəbuledilməzdir”, – o bildirib.

Rubionun sözlərinə görə, belə bir addım təhlükəli presedent yarada bilər: “Bu, inanılmaz bir presedent yaradır. Ölkələr beynəlxalq su yollarını ələ keçirib özlərinə aid elan edə bilərlər”.

Rubio vurğulayıb ki, Hörmüz boğazı istənilən halda açıq qalacaq: “Hörmüz boğazı bu və ya digər şəkildə açıq qalacaq”.

Dövlət katibi əlavə edib ki, əks halda İran “real nəticələrlə” üzləşə bilər.

İlqar Xudiyev Rubio Hörmüz boğazı İran ABŞ

Xəbər Lenti