Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 10:51
İsraildə son sutkada İran və Hizbullahın hücumlarında 121 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralananlardan 106 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Beləliklə, fevralın 28-də müharibə başlayandan bəri İsrailə hücumlarda xəsarət alanların sayı 6 131 nəfərə çatıb.
Qeyd olunub ki, bura həm hərbçilər, həm də mülki şəxslər daxildir.
Toğrul Quluzadə İsrail İran xəstəxana Livan