Pakistanda terrorçular qaz kəmərini partladıb, bəzi yerlərdə təchizat dayandırılıb

Tarix: 31 Mar 2026 11:53

Pakistanın qərbində qaz kəməri partladılıb.

APA xəbər verir ki, bu barədə Pakistanın The Express Tribune qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində Bəlucistan əyaləti və Kvettа şəhərində qaz təchizatı qismən dayanıb.

Hadisənin terror aktı olduğu bildirilir. Partlayışın separatçı Bəlucistan Azadlıq Ordusu qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

İlqar Xudiyev Pakistan qaz kəməri terror Belucistan

Xəbər Lenti