Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 13:23
Avropa İttifaqı ölkələri enerji bazarında uzunmüddətli böhranlara hazır olmalıdır.
“Reuters”in xəbərinə görə, bu barədə Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Aİ ölkələrinin energetika nazirlərinə məktubunda bildirib.
Yorgensen Aİ hökumətlərinin Yaxın Şərqdə davam edən müharibə səbəbi ilə enerji bazarında uzunmüddətli böhranlara hazırlaşmalı olduqları barədə xəbərdarlıq edib.
Məktubda uzunmüddətli çətinliklərə qarşı tədbir görmək çağırışı da yer alıb.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə müharibə başlayandan bəri Avropada qazın qiyməti 70%-dən çox artıb.
Toğrul Quluzadə Avropa enerji Yorgensen komissar