Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 15:30
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.
Rusiya mediasının məlumatına görə, Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib ki, yanğın artıq lokallaşdırılır.
Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.
Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.
Yerdə qalan işçilər təxliyə edilib.
Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.
İlqar Xudiyev Tatarıstan neft emalı zavodu partlayış PUA Rusiya