Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib

Tarix: 31 Mar 2026 15:28

Prezident Donald Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələrin maraqlarının qorunmasına kömək niyyətində olmadığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

O, Hörmüz Boğazının açılması əməliyyatında iştirak etmək istəməyən ölkələrə iki təklif irəli sürüb.

“Böyük Britaniya kimi Hörmüz boğazına görə yanacaq ala bilməyən və İranın başının kəsilməsində iştirak etməkdən boyun qaçıran bütün ölkələr - sizə bir təklifim var: Bir nömrəli təklif, ABŞ-dan (nefti) alın. Bizdə çoxdur.

İki nömrəli təklif, cəsarətinizi toplayın, boğaza gedin və onu alın. Siz özünüz üçün necə döyüşmək lazım olduğunu öyrənməyə başlamalı olacaqsınız. ABŞ həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə kömək etmədiniz. İran həqiqətən də məhv olub. İşin çətin hissəsi yerinə yetirilib. Gedin öz neftinizi özünüz alın”, - Tramp qeyd edib.

Toğrul Quluzadə

Xəbər Lenti