Pit Heqset: İran ağıllı olmalıdır, Tramp blef etmir və geri çəkilmir

Tarix: 31 Mar 2026 16:32

Əgər İran razılaşmaq istəməsə, ABŞ Müharibə Nazirliyi hərbi əməliyyatları daha intensiv şəkildə davam etdirəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, İranın yeni rejimi əvvəlki rejimdən daha ağıllı olmalıdır və ABŞ razılaşmaya getməyə hazırdır.

“Əgər İran ağıllıdırsa, onlar bir razılaşma əldə edəcəklər. Prezident Tramp blef etmir və geri çəkilmir. Bu barədə Xameneidən soruşa bilərsiniz”, - o qeyd edib.

İlqar Xudiyev ABŞ-ın müharibə naziri Pit Heqset

Xəbər Lenti