Sibiqa: İran raketinin qalıqları İsraildə Ukrayna səfirliyinin yaxınlığına düşüb - FOTO

Tarix: 31 Mar 2026 16:07

İranın kaset tipli raketinin qalıqları İsraildə Ukrayna səfirliyinin yaxınlığına düşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, raketin qalıqları diplomatik nümayəndəliyin cəmi 30 metrliyinə düşüb, xəsarət alan olmayıb.

“Bu hadisə bir daha göstərir ki, İran rejimi bölgədə hər kəs üçün təhlükə yaradır. Onlar yalnız Vyana Konvensiyasına deyil, həm də insan həyatı ilə bağlı əsas normalara hörmət etmirlər”, – nazir bildirib.

Ukrayna XİN rəhbəri hadisənin baş verdiyi ərazidən fotonu da paylaşıb.

İlqar Xudiyev Ukrayna səfirliyi İran raketi İsrail

Xəbər Lenti