Tatarıstanda zavodda partlayışda 2 nəfər ölüb, 72 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Tarix: 31 Mar 2026 17:27

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda xəsarət alanların sayı artıb.

Rusiya mediasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 72 nəfər yaralanıb.

Səkkiz nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər isə yüngül xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.

***

16:36

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda ölən və xəsarət alanların sayı artıb.

Rusiya mediasının xəbərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 58 nəfər yaralanıb.

***

16:15

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda bir nəfər ölüb, 52 nəfər yaralanıb.

Rusiya mediasının xəbərinə görə, itkin düşənlərin olduğu bildirilir.

Məlumata görə, müəssisənin ərazisində binalar zədələnib.

Yanğınsöndürənlər yanğını lokallaşdırmağa davam edirlər.

***

15:30

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Rusiya mediasının məlumatına görə, Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib ki, yanğın artıq lokallaşdırılır.

https://t.me/apa_az/116850

Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.

Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.

Yerdə qalan işçilər təxliyə edilib.

Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.

İlqar Xudiyev Tatarıstan neft emalı zavodu partlayış PUA Rusiya

Xəbər Lenti