Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 17:06
Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
“İran düşünür ki, biz onlara 15 müxtəlif yolla müdaxilə edə bilərik. Həqiqətən də belə imkanlarımız var", - o qeyd edib.
Nazir bu imkanlardan yararlana biləcəklərini bildirib. O vurğulayıb ki, lakin bu gözlənilməz olmalıdır.
“Lazım gələrsə, bunları həyata keçirə bilərik, amma bəlkə də heç istifadə etməyə ehtiyac olmayacaq”, - Heqset əlavə edib.
İlqar Xudiyev Heqset ABŞ İran quru əməliyyatı