İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşulub

Tarix: 02 Mar 2024 03:46

İsveçrə Avropa İttifaqının 13-cü sanksiyalar paketində yer alan anti-Rusiya tədbirlərinə qoşulub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb. "29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur", - mesajda deyilir. Tədbirlər 2024-cü il martın 1-də yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə 20:00) qüvvəyə minir.

Xəbər Lenti