Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 17:58
Avropa İttifaqında (Aİ) Ukrayna üçün 90 milyard avroluq kreditin ayrılacağını hələ də dəqiqliklə deyə bilmirlər.
“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Rusiya əleyhinə 20-ci sanksiyalar paketi və Ukrayna üçün kreditin ayrılması məsələsində bəzi əngəllər mövcuddur.
"Bu əngəllərin aradan qaldırılması üzərində iş gedir, amma təəssüf ki, bu gün sizə kreditin ayrılacağı ilə bağlı yaxşı xəbər verə bilmirəm. Elə buna görə də işimizi davam etdiririk və ümid edirik ki, Avropa İttifaqı Şurasının növbəti iclasına qədər bu qərar qəbul olunacaq", - Kallas qeyd edib.
İlqar Xudiyev Kallas Aİ Ukrayna kredit Rusiya sanksiyalar