Rusiya ABŞ-ni “Yars” qitələrarası ballistik raketinin təlim buraxılışı ilə bağlı xəbərdar edib

Tarix: 02 Mar 2024 08:37

Rusiya hakimiyyət orqanları Plesetsk sınaq kosmodromunda "Yars" bərk yanacaqlı qitələrarası ballistik raketin döyüş-təlim buraxılışı barədə ABŞ tərəfini əvvəlcədən xəbərdar edib.

APA-nın məlumatına görə, bu barədə TASS-ın müxbirinə Pentaqonun nümayəndəsi bildirib. "Bəli, Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ni [raket buraxılışı haqqında] xəbərdar etdi. Biz vəziyyəti izləməyə davam edəcəyik", - Pentaqon qeyd edib.

Xəbər Lenti